Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra teatrın cari il repertuarına daxil olan, Qafar Cəfərlinin “Şəhid bayrağı” tamaşası məktəblilərə təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir.
Səhnə əsərində əsas rolları Emin Abışov, Sehran Xanlarov, İntizar Quliyeva, Gülgəz Soltanova, Qorxmaz Qarayev, Elçin Məmmədov, Sevinc Məmmədova, Əli Hüseynov və İlham Soltanov ifa ediblər.