Bağla

Füzuli teatrında "Əlvida bağça" adlı tədbir keçirilib

08-06-2024, 13:17

Füzuli Dövlət Dram Teatrında Horadiz şəhər 1 N-li bağçanın uşaqlari üçün "Əlvida bağça" adlı tədbir keçirilib.

Tədbirdə nağıl qəhrəmanlarının, cizgi film simvollarının maraqlı çıxışları uşaqların böyük sevincinə səbəb olub. Şən mahnılar səslənib. Şənlikdə uşaqlar musiqi sədaları altında rəqs edib, nağıl və cizgi film qəhrəmanları ilə birgə əyləniblər.