Bu gün Füzuli Dövlət Dram Teatrında Mirzə Nicatın quruluşunda Kamal Abdullanın "Ruh" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
Premyerada Xalq yazıçısı Kamal Abdulla iştirak edib. Sonda Kamal Abdulla uğurlu tamaşa üçün kollektivi təbrik edib, uğurlar arzulayıb. Xatirə şəkli çəkilib.
Tamaşasının quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.
Tamaşada rolları Anar Buludov, Sevinc Məmmədova, Qaçaq Qarayev, Elçin Məmmədov, Əli Hüseynov, Səbuhi Əhmədov ifa ediblər.
Qeyd edək ki, tamaşa Mədəniyyət TV canlı yayımlanıb.