Bağla

Füzuli teatrında "Tənhalığın evi" tamaşası nümayiş olunub

19-04-2024, 15:20

Füzuli Dövlət Dram Teatrı cari ilin repertuarında olan Abdulla Elşadlının "Tənhalığın evi" tamaşasını nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Tamaşa tənha qocaların düşdüyü psixoloji durumdan və daxili sarsıntılardan bəhs edir. Əsas rolları Sehran Xanlarov, Sevinc Məmmədova, Əli Hüseynov, Şəlalə Nəsirova, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Emin Abışov, Elçin Məmmədov, Vüsal Həsənov, Vüqar Babayev, Zamin Quliyev, Xurşud Babayeva ifa edir.