Bağla

“N” saylı hərbi hissənin şəxsi heyəti Füzuli Dövlət Dram Teatrının qonağı olub

10-10-2018, 12:02
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmiləri Füzuli Dövlət Dram Teatrında qonaq olub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmiləri və Xocalıya Ədalət İctimai Birliyinin nümayəndələri "N” saylı hərbi hissənin şəxsi heyəti ilə birgə teatrın qonağı olub. 

Ş.Qurbanovun "Özümüz bilərik” komediyası gələn qonaqlara təqdim olunub. Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sonda çıxış edən nümayəndələr teatrın mütəmadi olaraq "N” saylı hərbii hissədəki davamlı çıxışlarını yüksək qiymətləndirərək, teatr rəhbərliyinə hərbi hissədəki çıxışlarına görə dərin minnətdarlıqlarını bildiriblər. Rəsmilərlə görüş teatrın aktrisası İntizar xanım Quliyevanın müşayiəti ilə əsgərlərlə birgə "Yaşa Azərbaycan” mahnısı ilə sona çatıb. Yekunda xatirə şəkili çəkdirilib. 

Qeyd edək ki, teatrın baş rejissoru, əməkdar artist Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda Qaçaq Qarayev, Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Elşən Gözəlov və başqaları çıxış edir.