Bağla

“Olmadı elə, oldu belə" tamaşasının premyerası keçirilib

09-03-2016, 14:06

Azərbaycanda milli teatrın yaranmasının 143-cü illiyi ilə əlaqədar Füzuli Dövlət Dram teatrında 2016-ci ilin repertuarında olan Şixəli Qurbanovun "Olmadı elə, oldu belə tamaşasının premyerası keçirilib.

Tamaşa sərhət qoşunları və "N” saylı hərbi hissə heyətinə təqdim olunub.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanov və Sənan Sevindikzadədir.Tamaşada əsas rollarda Qaçaq Qarayev, Məryəm Məmmədova, Fatimə Səfərəliyeva, Əli Hüseynov,Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Elşən Gözəlov,Əsmər İbrahimova, İsmayıl İbrahimov, Sevinc Məmmədova və başqaları çıxış edir.

Sonda Sərhəd Qoşunları rəhbərliyi tərəfindən teatr kollektivi 10 mart Milli Teatr günü ilə əlaqədar fəxri fərman və hədiyyələrlə təltif olunublar.