Bağla

Pantomima Teatrı Füzuli Dövlət Dram Teatrında "Pantomim buketi" adlı tamaşa ilə çıxış edib

23-11-2023, 16:12

Noyabrın 23-də Azərbaycan Dövlət Pantomima Teatrı Füzuli Dövlət Dram Teatrında "Pantomim buketi" adlı tamaşa ilə çıxış edib.

"Pantomim buketi" adlı tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident təqaüdçüsü Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı isə Elman Rəfiyevdir.

Qarışıq nömrələr əsasında hazırlanmış tamaşa teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.