Bağla

Repertuarda olan tamaşaların məşqləri davam edir

08-05-2024, 09:08

Füzuli Dövlət Dram Teatrında 2024-cu ilin repertuarında olan Firuz Mustafanın "Adsız"  tamaşasının son məşqləri gedir.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir.

Qeyd edək ki, 17 may tarixində tamaşanın ictimai baxışı keçiriləcək.

Teatrda həmçinin 2024-cü ilin repertuarında olan Vüqar Haqverdiyevin "Qarınqulu ayı balası" tamaşasının məşqləri gedir.

Tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Ziyad Süleymanovdur.

Tamaşa 11 may tarixdə azyaşlı tamaşaçılara təqdim olunacaq.