Bağla

Teatr orta məktəb şagirdləri qarşısında "Novruz sərgüzəştləri” adlı şou-proqramla çıxış edib

13-03-2024, 15:31

Füzuli Dövlət Dram Teatrı Horadiz şəhər 2 N-li tam orta məktəbin şagirdləri üçün Novruz bayramına həsr olunmuş "Novruz sərgüzəştləri” adlı şou-proqramla çıxış edib.

Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, Şəlalə Kərimovanın ssenarisi əsasında hazırlanan və teatrın quruluşçu rejissoru Emin Abışovun quruluş verdiyi şou proqramın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı 05.03.2024-cü il tarixindən start verdiyi Novruz bayramına həsr olunmuş şou-proqramlarla rayonun kənd və qəsəbələrində fəaliyyət göstərən məktəblər, müəssisələr, eləcə də rayon ərazisində yerləşən hərbi hissələrdə çıxışlarını davam etdirir.