Bağla

Teatr Yeni ildə “Qış möcüzəsi-3” adlı şou-proqramla çıxış edəcək

12-12-2017, 11:47

Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə hazırlanmış "Qış möcüzəsi-3” adlı şou-proqramla çıxış edəcək.

Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə hazırlanmış "Qış möcüzəsi-3” adlı şou-proqramla çıxış edəcək. Hər il olduğu kimi bu ildə teatr 18 dekabr 2017-ci il tarixindən, 10 yanvar 2018-ci il tarixinə qədər rayonun işğaldan azad olunmuş və yeni salınmış kənd və qəsəbələrində qastrol səfərində olacaq. 

Hazırlanmış şou-proqramda nağıl qəhrəmanları - Cırtdan, Tıq-tıq xanım, Qırmızıpapaq, həmçinin müxtəlif cizgi film simvollarının iştirakında "Yeni il” nağılı oynanılacaq.