Bağla

Teatrda Həzi Aslanovun doğum günü ilə əlaqədar hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib

22-01-2019, 13:20
Füzuli Dövlət Dram Teatrında "N” saylı hərbi hissə ilə birlikdə 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanovun doğum günü ilə əlaqədar hərbi-vətənpərvərlik mövzusunda anım tədbiri keçirilib. 

Tədbiri giriş sözü ilə teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açaraq ümumillikdə Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ruhunu bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. 

Çıxış edən hərbi hissə komadiri və zabit heyəti Həzi Aslanovun qəhrəmanlıq tarixi haqqında geniş məlumatla gələn qonaqları marifləndiriblər. 

Daha sonra Həzi Aslanovun xatirəsinə həsr olunmuş, teatrın direktoru Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan "Güləcəkdir üzümə səhər” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. 

Sonda xatirə şəkili çəkdirilib.