Bağla

Teatrın nailiyyətləri - FOTO

20-05-2014, 11:08

16 dekabr 1999-cu il Füzuli Dövlət Dram Teatrı Azərbaycan Teatrının yaranmasının 125 illiyi münasibətilə keçirilən "Milli klassika festivalı”nda C.Cabbarlının "Aydın” tamaşası ilə çıxış etdi və festivalın xatirə hədiyyəsinə layiq görüldü. 2000-cü il aprel ayının 03-də Füzuli Dövlət Dram Teatrı Bakıda TXİ-nın keçirdiyi " Üfüq XXI” Mono tamaşalar festivalında N.Vəzirov "Dərvişin harayı” və C.Bekket "Krepin sonuncu lent yazısı” mono tamaşaları ilə çıxış etdi 2007-ci ildə teatr Bakı şəhərində Teatr Xadimlər İttifaqının təşkil etdiyi Milli Teatr festivalında S.Axundovun "Bəndalı bəndə düşüb” tamaşası ilə çıxış etdi. 4 iyun 2010-cu il tarixində "Sərgüzəşti Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalında "Hacı Qara” tamaşası ilə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çıxış etmişdir. Teatr iştirakına görə festivalın xatirə hədiyyəsinə və diploma layiq görülmüşdür. 2013-cü il teatrımız üçün uğurlu olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 25 iyun tarixli 2967 nömrəli sərəncamı ilə Füzuli DDT-ının direktoru Vəliyev Vaqif Zülfü oğluna "Əməkdar Mədəniyyət işçisi” fəxri adı verilmişdir. Həmçinin Azərbaycan peşəkar milli teatrının 140 yubleyi ilə əlaqədar Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova və Habil Hacıyev "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdular.