8 Noyabr – Zəfər Günü münasibətilə 6 noyabr 2026-cı il tarixində, saat 15:00-da Füzuli Dövlət Dram Teatrında Səbuhi Əsədsoyun müəllifi olduğu “Zəfərin imzası” adlı ədəbi-bədii kompozisiya nümayiş olunacaq.
Kompozisiyada 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi qəhrəmanlıq, milli birlik və həmrəylik, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər öz bədii ifadəsini tapır.
Səhnə əsəri Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə, qəhrəman qazilərimizə, eləcə də tarixi Qələbənin qazanılmasında əməyi olan hər kəsə ehtiramın ifadəsidir.
“Zəfərin imzası” kompozisiyası xalqımızın yenilməz iradəsini, Vətən sevgisini, qəhrəmanlıq salnaməsini və Zəfər qürurunu səhnə dili ilə tamaşaçılara çatdıracaq.