8 Noyabr – Zəfər Günü ərəfəsində Füzuli Dövlət Dram Teatrının kollektivi Horadiz şəhərində yerləşən Qəhrəmanlar parkını ziyarət edib.
Ziyarət zamanı teatrın əməkdaşları Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla yad edib, onların abidələri önünə gül dəstələri düzüblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.
Qeyd olunub ki, xalqımızın qazandığı tarixi Zəfər şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində mümkün olub. Bu Zəfər Azərbaycan xalqının milli birliyinin, Vətən sevgisinin və sarsılmaz iradəsinin təntənəsidir.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!