Bağla

Füzuli Dövlət Dram Teatrı "Qış möcüzəsi" adlı şou proqramı orta məktəb şagirdlərinə təqdim edib

29-12-2022, 13:44

Füzuli Dövlət Dram Teatrı "Qış möcüzəsi" adlı şou proqramla Horadiz şəhər orta məktəbin şagirdləri və uşağ baxçasısının körpələri qarşısında çıxış edib.

Şou-proqramda lazer şou, nağıl qəhrəmanları Cırtdan, Divin, cizgi film simvolları Maşa və Ayı, canavar, meymun, dovşanın, ən əsası Şaxtababa və Qar qızın maraqlı çıxışları uşaqların böyük sevincinə səbəb olur.

Qeyd edək ki, "Qış möcüzəsi" adlı şou proqram Füzuli rayonunun Horadiz, Qayıdış, Fin, Zobucuq qəsəbə, Yağlıvənd, Böyük Bəhmənli, Alxanlı, Mollaməhərrəmli, Mahmudlu, Arayatlı, Babı kəndinin məktəb və bağçalarında uğurla davam etdirilir.

Xatırladaq ki, 23 dekabrdan start götürən Yeni il şou-proqramının kənd və qəsəbələrdə nümayişi yanvar ayının 5-dək davam edəcək.