Bağla

Füzuli Dövlət Dram Teatrının aktyoru Qaçaq Qarayev diploma layiq görülüb

06-05-2023, 13:37

Füzuli Dövlət Dram Teatrının aktyoru Qaçaq Qarayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı bədii qiraət müsabiqəsində iştirak edib diploma layiq görülüb.

Qeyd edək ki, Qaçaq Qarayev 2009-cu ildən Füzuli DDT-da aktyor olaraq çalışır. Teatrda işlədiyi müddətdə S.S.Axundov "Şahsənəm və Gülpəri”də Qafar, "Tamahkar”da Məhərrəm bəy, A.Səfərli "Qarabağım qan ağlar”da Səməndər, S.Axundov "Bəndalı bəndə düşüb”də Əli, Y.Əzimzadə "Nəsrəddin”də Əhməd, S.Dağlı "Oyun bitdi”də Gavı, Özümüz bilərik”də Murtuzov, Ə.Səmədli “Əhmədin vəfalı xoruzu”nda Qoçu, Həzi Aslanovun 110 illiyi ilə əlaqədar “Qafqaz dağlarından boylanan günəş” poetik xalq tamaşasında Həzi Aslanov və s. obrazlarını yaradıb.

Q.Qarayev bundan öncə 2021-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş"Sənsiz" adlı bədii qiraət müsabiqəsində iştirak edib və diploma layiq görülüb.