Bağla

"Nar şirəsi" tamaşası orta məktəb şagirdlərinə təqdim olunub

21-10-2022, 15:26

Füzuli Dövlət Dram Teatrında Səbinə Haqverdiyevanın (Rus dilindən tərcümə edən xalq artisti Vidadi Həsənov) "Nar şirəsi" pyesi əsasında bir pərdəli psixoloji dram janrında hazırlanmış eyni adlı tamaşası Horadiz şəhər 2N-li tam orta məktəbin şagirdlərinə nümayiş olunub.

Tamaşanın quruluşu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Qaçaq Qarayev, Sahilə Abbasova, İntizar Quliyeva, Vüsal Həsənov, Vüqar Babayev, Qəlbinur Əhmədli və başqaları ifa edir. 

Tamaşada həyatı sevmək, yaşamaq mübarizəsi, cəmiyyətin fiziki qüsurlu insanlara mövqeyi, onların təsiri altında belə insanların sağalması ön plana çəkilir.