Bağla

"Nənəmin kələyi" komediyası tamaşaçılara təqdim edilib

28-04-2023, 12:42

Füzuli Dövlət Dram Teatrı cari ilin repertuarında olan Əhməd Orucoğlunun  "Nənəmin kələyi" komediyasını tamaşaçılara təqdim edib.

Əli Hüseynovun quruluş verdiyi səhnə əsərində iki gəncin sevgisi və buna qarşı çıxan nənənin münasibəti canlandırılır. 

Tamaşanın musiqi tərtibatçısı Ziyad Süleymanzadə, quruluşçu rəssamı Ellinaz Balaşovadır. Əsas rolları İntizar Quliyeva, Sevinc Məmmədova, Zamin Quliyev, Şəlalə Nəsirova,Qaçaq Qarayev, Sehran Xanlarov və başqa aktyorlar ifa ediblər.