Bağla

"Şəhidlər ölməz, vətən bölünməz"adlı poetik xalq faciəsi Füzuli rayon mədəniyyət işçilərinə təqdim edilib

19-01-2022, 18:10

Füzuli Dövlət Dram Teatrı 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz" adlı poetik xalq faciəsini Füzuli rayon mədəniyyət işçilərinə təqdim edib. 

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və teatrın ədəbi hissə müdiri Şəlalə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. 

Tamaşada faciə qurbanlarının obrazları, onların keçdiyi həyat yolu, yarımçıq qalan arzuları əks olunur. 

Sonda isə Vətən Müharibəsində qazanılmış böyük zəfəri əks etdirən səhnəcik,videoçarx nümayiş olunub və xatirə şəkli çəkdirilib.