Bağla

Teatr Sərhəd Dəstəsinin yaranma günü münasibətilə keçirilən tədbirdə çıxış edib

01-11-2022, 14:22

Füzuli Dövlət Dram Teatrı Füzuli rayonun ərazisində yerləşən Sərhəd Dəstəsinin yaranma günü münasibətilə əsgər və zabit heyəti qarşısında tamaşa və konsert proqramı ilə çıxış edib.

Öncə Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Proqramda 44 günlük qələbəni əks etdirən şeirlər səslənib. Teatrın repertuarında olan tamaşalardan parçalar, aktyor və aktrisaların ifasında hərbi vətənpərvərlik mahnıları və rəqslər əsgərlərimizdə yüksək əhval-ruhiyyə yaradıb.