Bağla

Füzuli teatrı İmişli Rayon Mədəniyyət Mərkəzində tamaşa ilə çıxış edib

23-02-2024, 15:12

Füzuli Dövlət Dram Teatrı A.Həsənoğlunun "Yaddaş" tamaşası ilə İmişli Rayon Mədəniyyət Mərkəzində çıxış edib.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsərində rolları Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Quliyeva, Əli Hüseynov və başqaları ifa edir. 

Tamaşa Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə həsr olunub. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini bədii şəkildə əks etdirir.