Bağla

Füzulidə şəhid ailələri üçün bayram şənliyi təşkil olunub

30-12-2023, 17:07

Bugün Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Füzuli Dövlət Dram Teatrı və Füzuli rayon Mədəniyyət Evinin dəstəyi ilə Horadiz şəhərində şəhid ailələri, uşaqları üçün bayram şənliyi təşkil olunub.

Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bildirib ki, vətən torpağı uğrunda canını qurban vermiş şəhidlərinimizin bizə əmanət qoyduğu övladlarına diqqət və qayğı göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur. Qeyd edib ki, Azərbaycan həmin qəhrəmanlar sayəsində həmişə var olub və yaşayacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin qorxmazlığı və qazilərimizin cəsurluğu sayəsində biz qalib ölkənin məğrur vətəndaşlarıyıq. 

Tədbirdə İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək şəhid ailələrini bayram münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. İcra başçısı vurğulayıb ki, Vətən uğrunda canlarını qurban verən şəhidlərin övladları bizə əmanətdir. Şəhid ailələrin hər zaman diqqətdə saxlamaq bizim borcumuzdur.

Tədbirdə şən klonların, Şaxta baba və Qar qızın maraqlı çıxışları uşaqların böyük sevincinə səbəb olub.

Sonda isə uşaqlara hədiyyələr təqdim olunub.