Bağla

Mədəniyyət Nazirliyinin rəsmiləri Füzuli Dövlət Dram Teatrında tamaşanın ictimai baxışında iştirak edib

20-12-2022, 23:13

Füzuli Dövlət Dram Teatrında xalq artisti Pərviz Məmmədrzayevin quruluşunda "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində Mövlud Süleymanlının "Yel Əhmədin bəyliyi" əsəri əsasında eyni adlı tamaşanın ictimai baxışı olub.

Tamaşanın ictimai baxışında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi teatr sektorunun müdiri Könül Cəfərova və baş məsləhətçisi Emin Əliyev iştirak edib.

Tamaşa uğurla qəbul olunub və alqışla qarşılanıb.

Tamaşada əsas rolları İntizar Quliyeva, Emin Abışov, Qaçaq Qarayev, Şəlalə Nəsirova Sehran Xanlarov, Günel Hacıyeva, Vüqar Babayev və başqaları ifa edib.

Sonda xatirə şəkli çəkilib.