Bağla

 "Qış möcüzəsi" adlı şou-proqram teatr binasında nümayiş olunub

29-12-2023, 16:38

Füzuli Dövlət Dram Teatrında Yeni ilə həsr olunmuş "Qış möcüzəsi" adlı şou-proqram teatr binasında nümayiş olunub.

Şou-proqramda nağıl qəhrəmanları, cizgi film simvolları, əjdaha ən əsası Şaxtababa və Qar qızın maraqlı çıxışları uşaqların böyük sevincinə səbəb olub.

Aktyorların ifasında şən mahnılar səslənib. Şənlikdə uşaqlar musiqi sədaları altında rəqs edib, nağıl və cizgi film qəhrəmanları ilə birgə əyləniblər.

Qeyd edək ki, Yeni il şou-proqramının  nümayişi yanvar ayınının 10-dək davam etdiriləcək.