Bağla

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Bayramınız mübarək, əziz şəhid uşaqları" adlı tədbir keçirilib

01-06-2024, 18:19

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Füzuli Dövlət Dram Teatrında Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və teatrın dəstəyi ilə şəhid, qazı övladları üçün "Bayramınız mübarək, əziz şəhid uşaqları" adlı tədbir keçirilib.

Şou-proqramda nağıl qəhrəmanları və cizgi film simvollarının maraqlı çıxışları uşaqların böyük sevincinə səbəb olub.

Tədbirdə aktyorların ifasında şən mahnılar səslənib. Şənlikdə uşaqlar musiqi sədaları altında rəqs edib, nağıl və cizgi film qəhrəmanları ilə birgə əyləniblər.

Qeyd edək ki, tədbir şəhid övladlarının sevincinə səbəb olub.

Günün ikinci yarısında isə Sərhəd Qoşunlarının şəxsi heyəti üçün bayram şənliyi keçirilib. Nağıl qəhrəmanlarının ifasında rəqslər, şou-proqram balaca fidanlar tərəfindən böyük maraqla qarşılanıb.