Bağla

"Yaddaş" tamaşası Mollaməhərrəmli kənd tam orta məktəbinin müəllim və şagirdlərinə nümayiş olunub

03-11-2022, 15:46

Akif Həsənoğlunun "Yaddaş" tamaşası Mollaməhərrəmli kənd tam orta məktəbinin müəllim və şagirdlərinə nümayiş olunub. 

Tamaşadan öncə vətənin azadlığı uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsərində rolları Qaçaq Qarayev, Sehran Xanlarov, Günel Hacıyeva,Sevinc Məmmədova, Sahilə Abbasova,Gülnar Hüseynova, Əli Hüseynov,Emin Abışov və başqaları ifa edib.

Sonda xatirə şəkli çəkilib.