Bağla

“Qış möcüzəsi" adlı şou-proqrama start verilib

19-12-2023, 16:11

Füzuli Dövlət Dram Teatrı Yeni ilə həsr olunmuş “Qış möcüzəsi" adlı şou-proqrama start verib.

Bu gün teatr Füzuli rayonunun Qayıdış qəsəbəsində şou-proqramla çıxış edib.

Şou-proqramda nağıl qəhrəmanlarının, cizgi film simvollarının, ən əsası Şaxta baba və Qar qızın maraqlı çıxışları uşaqlarda bayram əhval ruhiyyəsi yaradıb, sevincə səbəb olub.

Şou-proqram 18.12.2023-cü il tarixdən 10.01.2024-cü il tarixədək Füzuli rayonunun kənd və qəsəbələrində, hərbi hissələrdə keçiriləcək.