Bağla

Füzuli Dövlət Dram Teatrı "N” saylı hərbi hissənin əsgərinə ad günü sürprizi edib

17-05-2019, 13:18
Teatrdan əsgərə ad günü sürprizi

Füzuli Dövlət Dram Teatrı mütəmadi olaraq "N” saylı hərbi hissələrdə şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, asudə vaxtlarını daha maraqlı və əyləncəli keçirmələri üçün konsert-tamaşa proqramları ilə çıxış edir. Bu dəfə teatr  düşmənlə 500 metr məsafədə yerləşən ön xətdə  əsgərin ad günündə iştirak edib. 

Gözlənilməz sürpriz, əsgər və ümumi heyət tərəfindən sevinclə qarşılanıb. Əsgər həyatını əks etdirən şeir və hekayələr, kiçik səhnəciklər və musiqi proqramı hər bir əsgərdə xos əhval-ruhiyyə yaradıb.