Bağla

Füzuli Dövlət Dram Teatrı məzuniyyətdən qayıdıb

03-09-2019, 11:30

Füzuli Dövlət Dram Teatrı məzuniyyətdən qayıdıb.

Füzuli Dövlət Dram Teatrında yeni - XXXI mövsümlə əlaqədar müşavirə keçirilib. Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev çıxış edərək bütün kollektivə yeni iş mövsümdə uğurlar arzulayıb. Daha sonra ötən ilə nəzər salaraq teatrın uğurları və nöqsanları haqqında məlumat verib, yeni mösüm açılışı ilə əlaqədar rəy və tapşırıqlarını kollektivin nəzərinə çatdırıb.

Məlumat üçün bildirək ki, Füzuli Dövlət Dram Teatrı XXXI mövsümünü 25 senytabr 2019-cu il tarixində M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası ilə açacaq. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.

Tamaşada əsas rollarda Qaçaq Qarayev, Habil Hacıyev, Elşən Gözəlov İntizar Quliyeva, Sevinc Məmmədova, Sehran Xanlarov və başqaları çıxış edir.